APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, D. Kemeron bildirib ki, bu sanksiya Moskvanın Krımdakı yolverilməz addımlarını ən fəal dəstəkləyən şəxslərə qarşı tətbiq oluna bilər. O, hazırda rusiyalı qanunvericilərin Avropaya səfərlərinə məhdudiyyət qoyulması ilə bağlı məsələnin işləndiyini və bu barədə məsləhətləşmələr apardıqlarını söyləyib.