Bank Of Baku

Britaniya, Fransa və Almaniya Ukrayna üçün uzaqmənzilli silahlar istehsal edəcək

Britaniya, Fransa və Almaniya Ukrayna üçün uzaqmənzilli silahlar istehsal edəcək
# 08 iyun 2026 05:43 (UTC +04:00)

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün uzaqmənzilli silah sistemlərinin istehsalı sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdən sonra yayılan birgə bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, tərəflər hava hədəflərinin məhv edilməsi üçün istifadə olunan raketlərin istehsalının artırılmasının, həmçinin raket əleyhinə müdafiə sistemləri və uzaqmənzilli silahların birgə hazırlanmasının vacibliyini vurğulayıblar.

Liderlər bu addımların gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin dayanıqlığının artırılmasına xidmət edəcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR