Bank Of Baku

Böyük Britaniya Suriyaya qarşı hərbi əməliyyatda iştirak etməyəcək

Böyük Britaniya Suriyaya qarşı hərbi əməliyyatda iştirak etməyəcək
# 30 avqust 2013 01:52 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə,  Filip Hammond ehtimal edib ki, Londonun hərbi əməliyyatda iştirakdan imtina etməsinə baxmayaraq, istənilən halda Suriya hakimiyyətinə qarşı hərbi müdaxilə baş tutacaq.

 

Qeyd edək ki, müdafiə naziri bu bəyanatı ölkə parlamentinin Suriya ilə bağlı səsverməsinin nəticələri məlum olandan sonra verib.  Belə ki, Britaniya parlamenti avqustun 30-na keçən gecə baş nazir Devid Kemeronun Suriyaya hərbi müdaxilə barədə təklifini qəbul etməkdən vaz keçib.

 

Məlumata görə, 285 deputat hökumətin irəli sürdüyü təşəbbüsün əleyhinə səs verib, 272 deputat isə baş nazirin  təklifini dəstəkləyib. 

 

Baxmayaraq ki, səsvermə tövsiyə xarakteri daşıyıb, Devid Kemeron  iclasdan sonra qeyd edib ki, parlamentin Suriyada hər-hansı hərbi əməliyyat keçirmək niyyətində olmadığı artıq tam aydınlaşıb: “Mən də artıq addımlarımı müvafiq şəkildə atacam”, deyə Kemeron əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR