Bakı-APA. Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filip xəstəxanaya yerləşdirilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Bukingem sarayının bəyanatında deyilir ki, iyunun 7-də şahzadə Filipin qarın nahiyəsində diaqnostik əməliyyat keçiriləcək. Onun xəstəxanada iki həftəyədək qalacağı gözlənilir.
Xatırladaq ki, keçən ilin yayında şahzadə Filip sidik kisəsinin kəskin iltihabı diaqnozu ilə Edinburq xəstəxanasında bir neçə gün müalicə alıb.