Böyük Britaniyanın Lester şəhərində yayaşıy binasında baç vermiş güclü partlayış nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti kritikdir.
APA-nın xəbərinə görə, bu barədə xəstəxananın nümayəndəsi bildirib.
Şəhər polisi "ciddi insident" baş verdiyini bildirərək, təffərüatları açıqlamaqdan imtina edib. Məlumata görə, hadisə yerinə 6 yangınsöndürmə briqadası cəlb edilib.
Bundan başqa, polis hələ ki terror aktı versiyasını nəzərdən keçirmir.
**** 00.38
Böyük Britaniyanın Lester şəhərində güclü partlayış baş verib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla 19.19-da Hinkli Roud küçəsində baş verib.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.
Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.