Bank Of Baku

Britaniyanın Lordlar palatası eynicinsli nikahların leqallaşdırılmasını dəstəkləyib

Britaniyanın Lordlar palatası eynicinsli nikahların leqallaşdırılmasını dəstəkləyib
# 05 iyun 2013 01:59 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya Lordlar palatası İngiltərə və Uelsdə eynicinsli nikahların leqallaşdırılmasına səs verib. APA-nın “Vesti”yə istinadən verdiyi xəbərə görə, iki gün davam edən qızğın müzakirələrdən sonra qanun layihəsinin irəliləməsinə mane olan düzəlişlər qəbul olunmayıb. Buna palatanın 242 üzvü səs verib.

Britaniyanın baş naziri Devid Kemeronun sözlərinə görə, eynicinsli nikahların leqallaşdırılması ölkəyə fayda gətirəcək və onu daha da güclü edəcək.

 

Xatırladaq ki, bundan öncə İngiltərə və Uelsdə eyni cinsli nikahların leqallaşdırılmasına Böyük Britaniya İcmalar palatası da səs verib. Sənədin yekun variantının gələn ilin yayında hazır olacağı planlaşdırılır. 

 

Sənəd hökumət tərəfindən təqdim olunub və cəmiyyətdə qızğın  mübahisələrə səbəb olub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR