Bank Of Baku

Brüsseldəki terror aktının iştirakçıları saxlanılıb

Brüsseldəki terror aktının iştirakçıları saxlanılıb
# 08 aprel 2016 21:36 (UTC +04:00)

Bakı-APA. Belçika polisi martın 22-də Brüsselin hava limanı və metrosunda baş verən terror aktlarının  birbaşa iştirakçılarını saxlayıb.

 

APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər verib.

 

Bildirilir ki, nəzarət kameralarının görüntülərinə əsasən terrorçu-kamikadzelərin yanında məhz bu şəxslər olub.

 

Əməliyyatın təfərrüatları dəqiqləşdirilir.

 

Qeyd edək ki, bu gün Brüsseldəki terror aktlarını təşkil etməkdə şübhəli bilinən Məhəmməd Abrini saxlanılıb. 

 

Xatırladaq ki, Belçikanın paytaxtında törədilən partlayışlarda 32 nəfər ölüb, 340 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR