Bank Of Baku

Bu gün Qüdsün taleyi müzakirə olunacaq

Bu gün Qüdsün taleyi müzakirə olunacaq
# 13 dekabr 2017 05:51 (UTC +04:00)

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçiriləcək.

 

APA-nın xəbərinə görə, zirvə toplantısında Qüds ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.

 

Qeyd edək ki, prezident İlham Əliyev də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fövqəladə Zirvə toplantısında iştirak etmək üçün İstanbula gedib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi elan edib və ABŞ səfirliyinin Tel Avivdən Qüdsə köçürülməsinə dair qərar verib. Onun bu bəyanatı isə bir çox ölkələrin etirazına səbəb olub.  D.Tramp isə bu qərarı verməkdə özünü haqlı sayır və verdiyi vədi yerinə yetirdiyini deyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR