İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə kəndə 20 ailə, ümumilikdə 89 nəfər köçürülüb. Doğma yurdlarına qayıdan sakinlərə fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Bildirilib ki, Şükürbəyli kəndi müasir standartlara uyğun şəkildə yenidən qurulub, burada sakinlərin rahat yaşayışı üçün zəruri infrastruktur yaradılıb.
Qeyd edək ki, kəndə ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin köçürülməsi nəzərdə tutulur. Bununla da işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma prosesi davam edir.
***
13.12
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.
APA-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 20 ailə - 89 nəfər köçürülüb.
***
12.53
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 20 ailə - 89 nəfər köçürülür.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.