Bank Of Baku

Büdcəsinin maliyyələşdirilməsi üçün Yunanıstana 3,3 milyard avro ayrılıb

Büdcəsinin maliyyələşdirilməsi üçün Yunanıstana 3,3 milyard avro ayrılıb
# 25 iyun 2013 22:53 (UTC +04:00)

Bakı-APA.  Avropa Maliyyə Sabitliyi Fondu (EFSF) büdcəsinin maliyyələşdirilməsi və dövlət borcunun idarə olunması üçün Yunanıstana 3,3 milyard avro ayırıb.

 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, vəsait Afinaya 32 il müddətinə verilib.

 

Bu vəsait Avropa Maliyyə Sabitliyi Fondunun 7,5 milyard avro məbləğində olan dördüncü tranşın ikinci hissəsidir.

 

Qeyd edək ki, Yunanıstan EFSF-dən ümumilikdə ölkə üçün ayrılmış 144,6 milyard avrodan artıq 130,6 milyard avronu alıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR