Bank Of Baku

Çexiyada keçirilmiş seçkilər birmənalı qalibi müəyyən etməyib

Çexiyada keçirilmiş seçkilər birmənalı qalibi müəyyən etməyib
# 27 oktyabr 2013 02:40 (UTC +04:00)

Bakı-APA. Çexiyada növbədənkənar parlament seçkilərində təqribən bütün bülletenlərin hesablanmasından sonra sol mərkəzçi Sosial-Demokrat Partiyası səslərin 20,45 faizini toplayıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, beləliklə, sosial-demokratlar 200 yerdən 50-ni  özləri üçün təmin edə biliblər. Lakin, bu hökumətin formalaşdırılması üçün kifayət etmir və  partiyanın koalisiya barədə danışıqlara başlayacağı gözlənilir.

Sosial-Demokrat Partiyasının müttəfiqləri olan kommunistlər səslərin 14,91 faizini (və ya 33 yer) əldə edərək üçüncü yeri tutublar.
 

Qeyd edək ki, ikinci yeri "Narazı vətəndaşlar aksiya"sı adlı mərkəzçi partiya tutub. Bu partiya seçicilərin 18,65 (47 yer) faizinin etimadını qazanıb.   

 

Müşahidəçilərin əksəriyyəti bu partiyanın yüksək nəticə əldə etməsini gözlənilməz adlandırıblar.

 

Qeyd edək ki, bu ilin avqust ayından Çexiyada başlayan korrupsiya qalmaqalı hələ də davam etməkdədir, ölkə müvəqqəti hökumət tərəfindən idarə olunur. Baş nazir Pyotr Neças istefa verib, parlament buraxılıb, prezident Miloş Zeman növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR