Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibi Con Kerri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçirilib.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, görüş Böyük Britaniyanın paytaxtı Londonda baş tutub və əsas müzakirə mövzusu İranın nüvə proqramı olub. Oktyabrın 13-də nahar fasiləsi zamanı keçirilmiş görüşün çox konstruktiv keçdiyi bildirilir.
Qeyd edək ki, oktyabrın 15-16-da Cenevrədə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.