Bakı-APA. Son günlərin daşqınları Çexiyaya milyardlarla kron məbləğində ziyan vurublar. APA-nın xəbərinə görə, bu barədə ölkənin baş naziri Petr Neças məlumat verib.
«Artıq indidən məlumdur ki, hesab milyardlarla ölçüləcək. Daşqınlar davam edir. Çoxlu sayda şəhərlər və kəndlər ağır vəziyyətdədir», deyə o bildirib.
Bununla belə baş nazir ziyanın dəqiq məbləği barədə məlumat verməyib.
Çexiya sığorta şirkətləri zərərçəkmiş vətəndaşlardan 7,5 milyard kron (388 milyon dollar) məbləğində zərərin təzminatına dair zənglər aldıqlarını bəyan ediblər.
Baş nazir zərərin miqdarının 22 milyard kronu (1,14 milyard dollar) ötəcəyi halda, Avropa İttifaqına yardım üçün müraciət edəcəyini bildirib.