Bank Of Baku

Davudoğlu: “Türkiyə terrorçuluğa qarşı qətiyyətli mübarizəni davam etdirəcək”

Davudoğlu: “Türkiyə terrorçuluğa qarşı qətiyyətli mübarizəni davam etdirəcək”
# 19 mart 2016 19:29 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki,  İstanbulda törədilən partlayışın qurbanlarının əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır.

 

“Terror aktı nəticəsində ölənlərin əksəriyyəti əcnəbidir. İstintaq davam etdirilir, yaxın zamanda bunun üstü açılacaq. Terrorçu-kamikadzelərin bu cür hücumları Türkiyənin terrorla mübarizədəki mövqeyinin nə qədər düzgün olduğunu göstərir. Terrorçular bu cür hücumlarla  məqsədlərinə çatmayacaqlar, biz terrorçuluğa qarşı qətiyyətli mübarizəmizi davam etdirəcəyik”, -   deyə Əhməd Davudoğlunun yazılı bəyanatında bildirilir.

 

Qeyd edək ki, İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR