Bakı-APA. Türkiyə kəşfiyyatının məlumatları Dəməşq yaxınlığında kimyəvi silahdan hökumət qüvvələrinin istifadə etdiyini göstərir. APA-nın “Röyter”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.
“Kəşfiyyat məlumatlarına və ekspertlərimizin rəyinə əsaslanıb deyə bilərik ki, Dəməşq yaxınlığında kimyəvi hücuma görə Əsəd rejimi məsuliyyət daşıyır”, - deyə nazir vurğulayıb.