Bank Of Baku

Diyarbəkirdə partlayış nəticəsində 7 polis həlak olub, 9-u mülkü şəxs olmaqla, 29 nəfər yaralanıb

Diyarbəkirdə partlayış nəticəsində 7 polis həlak olub,  9-u mülkü şəxs olmaqla, 29 nəfər yaralanıb
# 31 mart 2016 19:34 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində, son məlumata görə,  7 polis həlak olub,  9-u mülkü şəxs olmaqla, 29 nəfər yaralanıb. Türkiyə mətbuatında  terror hücumunu törədən şəxsin video görüntüləri yayılıb. APA-nın "Ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, yayılan yeni görüntüdə polis kortejinə hücumda istifadə olunan "Ford" markalı avtomobilin tərk edilməsi əks olunub. Görüntülərdə  aydın görünür ki, terror hücumunu həyata keçirən şəxs avtomobili polis kortejinin keçəcəyi yolun kənarına sürür. Daha sonra o avtomobili yolun kənarında saxlayaraq ərazini sürətlə tərk edir. Hələlik terrorçunun kimliyi bilinməsə də,  polisi araşdırmaları davam etdirir.

 

Qeyd edək ki, Diyarbəkir şəhərində polisləri aparan avtobus hərəkətdə olarkən kənarda içərisinə partlayıcı qurğu qoyulan avtomobil partladılıb. Son məlumata görə, terror hücumu zamanı 7 polis həlak olub,  9-u mülkü şəxs olmaqla, 29 nəfər yaralanıb.

 

Yaralıları Diyarbəkir Hərbi Hospitalına və digər xəstəxanalara aparıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR