APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən 9 yaşlı Həsən Yılmazdır. Məlumata əsasən, məhəllədə oynayan uşaqlar bombanı PKK terrorçularının qazdıqları xəndəkdən tapıblar.
Partlayış nəticəsində xəsarət alan 5 yaşlı Məzlum Yılmaz, 10 yaşlı Ümid Yılmaz və onun qardaşı, 6 yaşlı Mərd Yılmaz isə xəstəxanaya yerləşdiriliblər.