Bank Of Baku

Azov dənizində PUA hücumunda həlak olan gəmi kapitanı Neftçalada dəfn olunub - FOTO

Azov dənizində PUA hücumunda həlak olan gəmi kapitanı Neftçalada dəfn olunub - FOTO
# 11 iyun 2026 11:56 (UTC +04:00)

Azov dənizində PUA hücumu nəticəsində ölən gəmi kapitanı Rəcəb Əhədov dəfn olunub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Rəcəb Əhədovun nəşi doğulduğu Neftçala rayonuna gətirilib. Onunla vida mərasimində gəmi kapitanının ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Rəcəb Əhədov rayonun Yenikənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Neftçala şəhər sakini, 1976-cı il təvəllüdlü Rəcəb Firudin oğlu Əhədov uzun zamandır gəmi kapitanı kimi çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR