Bank Of Baku

Dunya Miyatoviç Almaniyanı “Əl-Cəzirə”nin müxbirini azad etməyə çağırıb

Dunya Miyatoviç Almaniyanı “Əl-Cəzirə”nin müxbirini azad etməyə çağırıb
# 22 iyun 2015 14:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. ATӘT-in media azadlığı üzrә nümayәndәsi Dunya Miyatoviç Misir rәhbәrliyinin tәlәbi ilә “Әl-Cәzirә” telekanalının reportyorunun Almaniyada hәbs olunmasını tәnqid edib. APA-nın ATӘT-in saytına istinadәn verdiyi mәlumata görә, o, hәbs olunan jurnalistin tez bir zamanda azad olunmasına çağırıb. 

 
“Almaniya rәhbәrliyinin hüquqi öhdәliklәrinә tam hörmәt әlamәti olaraq bildirmәk istәyirәm ki, istәnilәn ölkәdә media tәnqidçisini susdurmaq üçün jurnalistin hәbsi әn güclü alәtdir. Bunu nәzәrә alaraq Almaniya hökumәtini Mәnsuru dәrhal azad etmәyә çağırıram”, - deyə D. Miyatoviç bəyan edib.


Xatırladaq ki, iyunun 20-dә "Әl-Cәzirә" televiziyasının jurnalisti Әhmәd Mәnsur Qatara uçmaq istәyәrkәn Berlinin Tegel hava limanında saxlanılıb. Hәm Britaniya, hәm dә Misir vәtәndaşlığı olan jurnalistә 2014-cü ildә Misir mәhkәmәsi tәrәfindәn 2011-ci ildә Tәhrir meydanında hüquqşunasa qarşı zorakılıq iddiası ilә hәbs cәzası kәsilib. Ә. Mәnsur vә işlәdiyi qurum ittihamları rәdd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR