Bank Of Baku

Dünyada avroya inam azalır

Dünyada avroya inam azalır
# 03 iyul 2013 08:05 (UTC +04:00)

Bakı-APA. Avropada hökm sürən borc böhranı maliyyə bazarlarında avroya olan inamı azaldıb. Avropa Mərkəzi Bankının məlumatına görə, dünya ölkələrinin valyuta-qızıl ehtiyatlarının 25,1 faizini avro təşkil etsə də, artıq bu rəqəm 23,9 faizə enib. APA-nın məlumatına görə, dünya dövlətləri dollar ehtiyatlarını isə olduğu kimi saxlayıblar, hazırda müxtəlif ölkələrin valyuta ehtiyatlarının 61,9 faizini dollar təşkil edir. Valyuta ehtiyatları dövlət səhmlərinin alınması ilə formalaşdırılır, Yunanıstan, İspaniya, Portuqaliya və Fransada iqtisadi durum, üstəgəl Avrozona ölkələrinin borcları xarici sərmayəçilərdə pessimist əhval-ruhiyyə yaradıb. Rusiya bu sırada istisnadır. Bu ölkənin valyuta ehtiyatlarının təxminən 40 faizini avro təşkil edir. İnkişaf etmiş digər ölkələrdə isə bu rəqəm 23 faizi keçmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR