Bakı - APA. Martın 6-da Egey dənizinin Türkiyə sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 25 nəfər ölüb.
APA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, suda batanlardan 13-ü uşaqdır. Yunanıstana yollanan gəmi Türkiyənin Aydın vilayətinin Didim sahillərində batıb. Sahil mühafizə xidmətinin əməkdaşları 15 nəfəri xilas edə bilib. Lakin gəmidə qəza zamanı nə qədər adamın olması barədə məlumat yoxdur.
Hazırda 3 kater və bir helikopter cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı aparılır.