Bank Of Baku

Ərdoğan: “Rusiya ilə münasibətlərimizi yeni səviyyəyə çatdırmaq niyyətindəyik”

Ərdoğan: “Rusiya ilə münasibətlərimizi yeni səviyyəyə çatdırmaq niyyətindəyik”
# 01 oktyabr 2016 19:32 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan  Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək (“Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.

 

APA-nın xəbərinə görə, bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

 

“Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik”, - deyə Ərdoğan qeyd edib.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR