Bank Of Baku

Ərdoğan: "İşimiz bitməyincə Afrindən çıxmayacağıq"

Ərdoğan: "İşimiz bitməyincə Afrindən çıxmayacağıq"
# 15 mart 2018 14:32 (UTC +04:00)

Ərdoğan Avropa Parlamentinə: “İşimiz qurtarmadıqca Afrindən çıxmayacağıq”
 
Avropa Parlamenti bu gün Türkiyəni Afrin əməliyyatını dayandırmağa çağıran qətnamə layihəsini səsverməyə çıxaracaq.

 

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AP-nin bu addımını sərt tənqid edib. “Boşuna həvəslənməsinlər, işimiz bitməyincə Afrindən çıxmayacağıq. Bunu bilin. Türkiyə heç kəsin oyuncağı deyil”, - deyə o, söyləyib.
 
Türkiyədə 3,5 milyon suriyalının yaşadığını xatırladan R. T. Ərdoğan bildirib ki, bu sözlər Türkiyənin bir qulağından girib digərindən çıxır: “Avropa Parlamenti bizdən hansı yükü alıb ki, bizə bunları deyir”. 
 
Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik isə AP-nin bu addımını uğursuz və cahil qərar adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR