Bank Of Baku

Ərdoğan İsraili terror siyasəti yürütməkdə ittiham edib

Ərdoğan İsraili terror siyasəti yürütməkdə ittiham edib
# 01 aprel 2018 20:23 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyyə ordusunun guya mülki əhaliyə qarşı cinayətlər törətməsinə dair ittihamlarına görə sərt tənqid edib və, öz növbəsində, Tel-Əvivi terror siyasəti yürütməkdə ittiham edib. 

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə,  R. T.Ərdoğan Netanyahunu qəribə və absurd bəyanatlar verməkdə günahlandırıb: "Türkiyyə terrorçuluqla qətiyyətli mübarizə apardığı halda, İsrail, cinayətkarlıqla mübarizə aparmaq əvəzinə,  terror siyasəti yürütməkdə davam edir". 

 

Türkiyə prezidenti Netanyahunu fələstinlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən əl çəkməyə çağırıb: "Netanyahu səmimi olmalıdır və Türkiyəni tənqid etməyə son qoymalıdır". 

 

Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl Tel-Əvivi dinc etirazçılara qarşı həddindən artıq gücdən istifadə etməkdə ittiham edib və İsraildən buna son qoymağı tələb edib. Daha sonra R.T.Ərdoğan İsraili sərt tənqid edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR