Bakı-APA. Türkiyənin Vaşinqtondakı səfirliyində prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Con Kerri arasında görüş keçirilib.
APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, bağlı qapılar arxasında baş tutan görüş 45 dəqiqəyədək yaxın davam edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland iştirak ediblər.