Bank Of Baku

Ermənistan-Türkiyə protokolları ləğv edilib

Ermənistan-Türkiyə protokolları ləğv edilib
# 01 mart 2018 15:59 (UTC +04:00)

Ermənistan-Türkiyə protokolları ləğv edilib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

 

Qeyd edək ki, sözügedən sənədlər 2009-cu ilin oktyabr ayında Sürixdə Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanıb. İmzalanma mərasimində ABŞ dövlət katibi, Rusiya və Fransa xarici işlər nazirləri iştirak ediblər.

 

2010-cu ilin aprelində Ermənistanın hakim koalisiyası protokolların ratifikasiyası prosesinin dayandırılması haqqında qərar qəbul edib. Bu haqda Türkiyə tərəfi məlumatlandırılıb.

 

2015-ci ilin fevral ayının 16-da S. Sarkisyan protokolları Ermənistan parlamentindən geri çəkib.

 

2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında çıxış edən S. Sarkisyan bəyan edib ki, Ermənistan-Türkiyə protokollarının reallaşmasında müsbət irəliləyişlər olmadığından Ermənistan onları ləğv edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR