Bank Of Baku

Ermənistan və Polşa XİN rəhbərləri Ermənistan-AB əlaqələrini və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan və Polşa XİN rəhbərləri Ermənistan-AB əlaqələrini və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 17 sentyabr 2013 20:42 (UTC +04:00)

APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan XİN mətbuat xidmətinin açıqlamasına əsasən, görüşdə Edvard Nalbandyan Ermənistanın hələ də Avropa Birliyi ilə hərtərəfli əməkdaşlığı bütün istiqamətlərdə davam etdirmək niyyətində olduğunu qeyd edib.  

 

“Ermənistan deyib və deməkdə davam edir ki, Avropa Birliyi ilə daha möhkəm və geniş əməkdaşlığa hazırdır. Rusiya ilə müttəfiq münasibətlərimizə zərər verməyəcək qədər AB-yə yaxın olmaq... Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarına məhz bu kontekstə baxmaq lazımdır”, deyə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan qeyd edib.   

 

Edvard Nalbandyan Ermənistan-AB əlaqələrinin son illərin irəliləyişləri və nəticələri əsasında inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Görüş zamanı həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinə də toxunulub.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR