Bank Of Baku

Ermənistandan Türkiyəyə gedənlərin sayı azalıb

Ermənistandan Türkiyəyə gedənlərin sayı azalıb
# 03 mart 2016 07:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. 2015-ci ildə Türkiyəyə səyahət edən Ermənistan vətəndaşlarının sayında azalma müşahidə olunub. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, ötən il 48 522 nəfər Türkiyəyə səfər edib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 2015-ci ilin dekabrında Türkiyəyə səfər edən ermənilərin sayı 2913 nəfər olub, bu da əvvəlki ilin analoji göstəricilərindən 20% aşağıdır.

 

Ümumilikdə 2015-ci il ərzində Ermənistandan Türkiyəyə gedən vətəndaşların sayı 2014-cü illə müqayisədə 28% azalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR