Bank Of Baku

Ərzurumda “erməni soyqırımı” böhtanlarını puça çıxaran kitab çap edilib

Ərzurumda “erməni soyqırımı” böhtanlarını puça çıxaran kitab çap edilib
# 17 yanvar 2017 17:09 (UTC +04:00)

Türkiyənin Ərzurum şəhərindəki Atatürk adına universitetin nəşriyyatı “erməni soyqırımı” iddialarını ifşa edən kitab çap edib. APA-nın Türkiyə bürosunun məlumatına görə, 2 cilddən ibarət 1600 səhifəlik kitaba  Atatürk universitetinin 6-8 may  2015-ci ildə təşkil etdiyi “Türk-erməni münasibətləri və böyük qüvvələr” mövzundakı II beynəlxalq simpoziumun  məruzələrinin  mətnləri daxil edilib. İki cildlikdə Türkiyə, Azərbaycan, Şərqi Avropa, AB ölkələri və ABŞ-dan 110 mütəxəssis alimin məqaləsi öz əksini tapıb. Kitabın  ön sözündə Atatürk universitetinin rektoru professor Hikmət Koçak diqqəti bu nöqtəyə cəlb edərək yazıb: “Ciddi əməyin məhsulu olan “Sevk ve İskan Kanununun 100 yılında  II Uluslararası Türk-Ermeni   İlişkileri ve Büyük Güçler”  mövzusundakı simpoziumun məruzələrinin daxil edildiyi bu kitabın təkcə bu günün deyil, gələcək nəsillərin də faydalanacağı bir mənbə olacağına inamım tamdır”.

 

Kitaba ön sözündə Ankaradakı Avrasiya Analizləri  Mərkəzinin (AVİM)  fəxri sədri, istefada olan səfir Ömər Lütəm erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsində Türkiyənin roluna toxunub: “Türkiyə isə Qarabağ və digər işğal edilmiş Azərbaycan torpaqları məsələsində hər fürsətdə və hər yerdə Azərbaycanı dəstəkləməkdədir. Türkiyənin Azərbaycanla xüsusi münasibətləri olduğuna görə, başqa siyasət güdməsi mümkün deyil. Türkiyə öz strateji planlarında da Azərbaycana arxa çıxmalıdır. Unudulmamalıdır ki, Azərbaycan Qafqazın yüksələn ulduzudur”, - deyə istefada olan səfir Ömər Lütəm vurğulayıb.

 

Atatürk universitetinin çıxardığı kitab satışa verilməyərək kitabda məqaləsi olan müəlliflərə, elmi-araşdırma qurumlarına və bəzi kitabxanalara göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR