Bakı. Məlahət Nəcəfova-APA. Estoniyada ilk dəfə qadın prezident seçilib.
APA-nın “Kommersant”a istinadən verdiyi məlumata görə, Kresti Kalyuland parlamentdə keçirilən səsvermə zamanı 81 deputatın dəstəyini qazanıb.
Səsvermə zamanı 17 bülleten doldurulmamış qutuya atılıb. Daha 3 deputat isə səsvermədə iştirak etməyib.
Qeyd edək ki, Kresti Kalyuland daha əvvəl Avropa Hesablamalar Palatasında ölkəsini təmsil edib. O prezidentlik vəzifəsində Tomas Hendrik İlvesi əvəzləyib.