Bank Of Baku

Faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə Rusiyanın İstanbuldakı baş konsulluğunda toplantı keçirilib - FOTO

Faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə Rusiyanın İstanbuldakı baş konsulluğunda toplantı keçirilib - <span style="color: red;">FOTO
# 28 aprel 2015 23:22 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İkinci Dünya Müharibəsində faşizm üzərindəki qələbənin 70 illiyi münasibəti ilə Rusiya Federasiyasının İstanbuldakı baş konsulluğunda tədbir keçirilib.

 

Rusiya Federasiyası, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusun İstanbuldakı baş konsullarının iştirak etdiyi toplantını açan Rusiya Federasiyasının baş konsulu Aleksey Yerxov faşizm üzərində qələbənin SSRİ-nin bütün xalqlarının birgə mübarizəsi nəticəsində mümkün olduğunu vurğulayıb. Müharibə vaxtının bəzi önəmli sənədlərini toplantı iştirakçılarına göstərən Aleksey Yerxov. “Əgər biz müharibədə faşizm üzərində qələbə qazana bilməsəydik, onda dünyanın vəziyyətini özünüz düşünün”, deyə baş konsul qeyd edib.

 

Toplantıda çıxış edən Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov faşizm üzərindəki qələbənin Azərbaycan üçün də böyük əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edərək bəzi statistik rəqəmləri toplantı iştirakçıları ilə bölüşüb: ”Müharibə ərəfəsində Azərbaycanın əhalisi 3.5 milyon idi. Biz müharibəyə 600 min əsgər göndərdik. Onlardan 200 mini həyatını itirdi, itkin düşdü, müxtəlif səbəblərdən vətənə qayıtmadı. İstifadə olunan yüksək oktanlı təyyarə benzininin 75-80 faizi Azərbaycanda istehsal edilirdi. Görkəmli alimimiz Yusif Məmmədəliyevin bu sahədə böyük xidməti olub. Kənd təsərrüfatımızda çalışan əməkçilərimiz ön cəbhəyə hər cür dəstəyi verərək 500 min ton pambıq toplamışdılar ki, hərbi geyimlərin istehsalında bunun önəmli rolu var idi. Faşizmə qarşı mübarizədə həlledici rol oynamış “Katyuşa” raketlərinin bir hissəsi Azərbaycanda istehsal edilərək cəbhəyə göndərilib. “YAK-3” qırıcı təyyarələrinin istehsal yeri də Azərbaycan idi. Ümumilikdə 131 adda silah və ehtiyat hissələri Azərbaycanda istehsal edilib. Digər tərəfdən, Azərbaycan həm Dövlət Müdafiə Fonduna  lazımi qədər vəsait köçürən respublikalar arasında yer alıb. Hərbi xəstəxanalarımızda ön cəbhədən gəlmiş yaralılar müalicə edilir, uşaq evlərində isə müharibədə həyatını itirmiş əsgərlərin övladlarına qayğı göstərilirdi. Ön cəbhədən gətirilmiş kimsəsiz uşaqlara da Azərbaycandakı uşaq evlərində  lazımi şərait yaradılaraq, təhsillərini davam etdirmələrinə nail olundu. 181 nəfər azərbaycanlı müharibədə Sovet İttifaqı qəhrəmanı adı aldı. İndi ölkəmizdə 1300 müharibə veteranı var ki, dövlətimiz onlara hər cür qayğı göstərir. Faşizm üzərində qələbə xalqlarımızın ümumi səyi nəticəsində mümkün olmuşdur, ona görə də biz bu qələbəni layiqli şəkildə qeyd etməliyik”, deyə baş konsul Həsən Zeynalov çıxışında bildirib.

 

Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarusun İstanbuldakı baş konsulları  da müharibədə öz ölkələrinin iştirakını göstərən statistik rəqəmləri toplantı iştirakçılar ilə bölüşüb. Natiqlərin hamısı faşizm üzərindəki qələbənin 70 illiyinin  hamılıqla qeyd edilməsinin lüzumunu vurğulayıblar.

\

Toplantının sonunda Rusiya Federasiyasının  baş konsulu Aleksey Yerxov iştirakçılara təşəkkür edərək 9 mayda genişmiqyaslı tədbir keçirəcəklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR