Bank Of Baku

Fizika üzrə Nobel mükafatının sahibləri açıqlanıb

Fizika üzrə Nobel mükafatının sahibləri açıqlanıb
# 08 oktyabr 2013 15:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. 2013-cü ilin fizika üzrə Nobel mükafatı britaniyalı fizik Peter Higgs və belçikalı Fransua Englerə verilib. APA-nın məlumatına görə, alimlər “Elementar zərrəciklərin kütləvi mənşəyi anlayışını təmin edən mexanizmin nəzəri kəşfinə görə” bu mükafata layiq görülüblər.

 

F. Engler 1932-ci ildə anadan olub. Brüssel Azad Universitetində elmi tədqiqat aparıb.  

 

P. Higgs 1929-cu ildə anadan olub, London Kral Cəmiyyətinin üzvü, Edinburq Universitetinin professorudur.

 

Nobel mükafatının təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR