Fransanı təmsil edən 24 yaşlı İren Mittenar Filippinin paytaxtı Manilada keçirilən dünya gözəllik müsabiqəsinin qalibi olub.
APA-nın “tvrain.ru”ya istinadən verdiyi xəbərə görə, Lill şəhərindən olan İ. Mittenar ixtisasca stomatoloq-cərrahdır və ekstremal idman növlərin həvəskarıdır. “Dünya gözəli adını qazanmaq mənim arzum idi. Hər birqız bu ada yiyələnmək istəyir. Mən insanlara kömək etmək, onları anlamaq istəyirəm. Bu, mənim arzum idi“, - deyə o, söyləyib.
İkinci yerə Haitidən olan 25 yaşlı Rakel Pelisye layiq görülüb. Kolumbiyalı Andrea Tovar 3-cü olub.
Qeyd edək ki, Fransa bu titulu daha əvvəl bir dəfə əldə edib. Kristian Martel 1953-cü ildə müsabiqənin qalibi seçilib.