Bank Of Baku

Fransa və İtaliya Snoudenə sığınacaq verməkdən imtina ediblər

Fransa və İtaliya Snoudenə sığınacaq verməkdən imtina ediblər
# 04 iyul 2013 20:46 (UTC +04:00)

Bakı-APA. İtaliya Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə siyasi sığınacaq verməyəcəyini bəyan edib. Bu barədə İtaliya XİN rəhbəri Emma Bonino məlumat verib.

 

Bonino bildirib ki, Snouden siyasi sığınacaq barədə müraciəti şəxsən İtaliya ərazisində və ya sərhəddə etməlidir. Snouden isə müraciəti Rusiyadan göndərib. Ona görə də İtaliya hökuməti müraciəti nəzərdən keçirmək belə istəmir.

 

Fransa da Snoudenin müvafiq müraciətinə rədd cavabı verib. Bu barədə bəyanatla ölkənin daxili işlər naziri Manuel Vals çıxış edib. Vals bu qərarı «maraqlı tərəfin vəziyyəti» ilə izah edib.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən ABŞ-a «Verizon» iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

 

Hazırda Edvard Snouden Moskvada «Şeremetyevo» hava limanının ərazisindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR