Bank Of Baku

Fransada 60-dan çox insan keyfiyyətsiz qidadan zəhərlənib

Fransada 60-dan çox insan keyfiyyətsiz qidadan zəhərlənib
# 06 oktyabr 2013 01:23 (UTC +04:00)

Bakı-APA. Fransanın şimalındakı Du departamentində 60-dan çox insan keyfiyyətsiz qidadan zəhərlənib, onlardan 4-nün vəziyyəti ağırdır. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, yaxın zamanda zərər çəkənlərin sayının 600-dək artacağı istisna olunmur. Məlumata görə, Bezanson şəhər xəstəxanasına təcili tibbi yardım üçün müraciət edənlərin sayı durmadan artır.  

 

Qeyd edək ki, keyfiyyətsiz qidadan zəhərlənmə böyük idman bayramı sayılan dağ velosipedi yarışında baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR