Bank Of Baku

Fransada qar uçqunu baş verib, ölən var

Fransada qar uçqunu baş verib, ölən var
# 04 mart 2018 18:46 (UTC +04:00)

Alp dağlarının Fransaya aid hissəsində iki qar uçqunu baş verib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Yuxarı Savoy departamentində baş verən insident nəticəsində 1 nəfər ölüb, daha 1-i itkin düşüb.

 

Belə ki, Samoen yaşayış məntəqəsi yaxınlığında iki xizəkçi uçqun altında qalıb. Onlardan biri xilas olub, digəri itkin düşüb.  Vallorsində isə 4 nəfər qar uçqunun altında qalıb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, bu həftə qar uçqunu nəticəsində Alp və Pireney dağlarının Fransaya aid hissəsində 5 nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR