Bank Of Baku

Fransanın Azərbaycandakı keçmiş səfiri Gürcüstana səfir təyin edilib

Fransanın Azərbaycandakı keçmiş səfiri Gürcüstana səfir təyin edilib
# 07 mart 2016 15:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Fransanın Azərbaycandakı keçmiş səfiri Paskal Monye bu gün etimadnaməsini Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə təqdim edib.

 

APA-nın Gürcüstan prezidentinin saytına istinadən verdiyi xəbərə görə, mərasimin rəsmi hissəsindən sonra Gürcüstan prezidenti ilə yeni səfir arasında görüş keçirilib.

 

Tərəflər iki ölkə arasında münasibətləri müzakirə edib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

G. Marqvelaşvili səfirə fəaliyyətində uğurlar arzulayıb.

 

Qeyd edək ki, P. Monye martın 4-də etimadnaməsinin surətini Gürcüstan xarici işlər naziri Mixael Canelidzeyə də təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR