Bank Of Baku

Fransanın xarici işlər naziri: “Suriyada kimyəvi silahı müxalifət yox, hakimiyyət tətbiq edib”

Fransanın xarici işlər naziri: “Suriyada kimyəvi silahı müxalifət yox, hakimiyyət tətbiq edib”
# 12 sentyabr 2013 09:26 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nazir deyib  ki, belə bir şey olmayıb: “Bu versiyanı ruslar çoxdan irəli sürür. Həmkarım Sergey Lavrov da Sankt-Peterburqda bu inandırıcı olmayan versiyanı səsləndirdi”.

 

L. Fabius bəyan edib ki, hər şey kimyəvi silahın Suriya rejimi tərəfindən tətbiq olunduğunu göstərir: “Yalnız onlar bu ehtiyatlara malikdir və bu silahın tətbiqində maraqlıdır”.

 

Nazir onu da əlavə edib ki, Suriyaya qarşı hərbi əməliyyat təhlükəsindən Bəşərə Əsədi Cenevrədə müxalifətlə masaya oturmağa məcbur etmək üçün istifadə etmək lazımdır: “Nə qədər ki, Bəşər Əsəd özünü məğlubedilməz sayır, o, danışıqlara getməyəcək. Ciddi təzyiq lazımdır ki, Əsəd Cenevrədə milli müxalifət koalisiyası ilə danışıqlara getsin. Fransa diplomatiyası bu istiqamətdə irəliləyir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR