Bakı – APA. “Böyük yeddilik” ölkələri Ukraynada vəziyyətin kəskinləşəcəyi təqdirdə Rusiyanın bir sıra iqtisadi sektorlarına sanksiyaların tətbiq ediləcəyini bəyan ediblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, G-7 ölkələri dövlət başçılarının Haaqada keçirilən görüşü nəticəsində yayılan rəsmi məlumatda belə deyilir.
“Əgər Rusiya vəziyyəti gərginləşdirməkdə davam etsə, biz bu ölkənin iqtisadiyyatına mühüm təsir edəcək birgə tədbirləri gücləndirməyə hazırıq”, - sənəddə qeyd olunur.