Bank Of Baku

Gəzi parkına dəstək aksiyalarında bu gecə 6 nəfər yaralanıb

Gəzi parkına dəstək aksiyalarında bu gecə 6 nəfər yaralanıb
# 21 iyun 2013 02:54 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mərsin şəhərində Gəzi parkı aksiyalarına dəstək vermək üçün yürüş keçirən qrupa polisin müdaxiləsi nəticəsində 2-si polis olmaqla 6 nəfər yaralanıb. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir. Aksiyanın 8 iştirakçısı isə saxlanılıb.

 

Polis Adnan Menderes Bulvarındakı Barış Meydanına getmək istəyən qrupun qarşısını kəsib. Təxminən 700 nəfər yerdə oturaraq aksiya keçirir.

 

Cümhuriyyət Xalq Partiyası Mərsin millət vəkilləri Vahap Seçer və Aytuğ Atıcı da aksiyada iştirak edirlər.

 

Daha bir aksiya paytaxt Ankarada keçirilib. Kuğulu Parkda axşam saatlarında toplanan bir qrup, Tunalı Hilmi küçəsi ilə irəliləyərək Kennedi küçəsinə daxil olub. Burada onları polis qarşılayıb.

 

Aksiya iştirakçıları polisə daş və şüşə atıblar. Polis gözyaşardıcı qaz və təzyiqli su ilə aksiyanı dağıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR