Bank Of Baku

Gürcüstan “Şərq Tərəfdaşlığı”nın Vilnüs sammitinə yeni prezident və yeni baş nazirlə qatılacaq

Gürcüstan “Şərq Tərəfdaşlığı”nın Vilnüs sammitinə yeni prezident və yeni baş nazirlə qatılacaq
# 28 oktyabr 2013 13:05 (UTC +04:00)

APA-nın “Qruziya Online” portalına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə komitəsinin sədri İrina İmerlişvili deyib. O bildirib ki, zirvə toplantısına hazırlıq artıq yekunlaşmaq üzrədir: “Sammitə yeni prezident və yeni baş nazir gedəcək. Bunu mən dəqiq deyə bilərəm. Ona görə də istəyirik ki, yeni Nazirlər Kabineti vaxtında təsdiqlənsin”. 

 

Xatırladaq ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident seçkilərindən sonra istefaya gedəcəyini və qeyri-hökumət sektorunda fəaliyyətə başlayacağını açıqlamışdı.

 

Gürcüstan Mərkəzi Seçki Komissiyası isə səslərin hesablanmasını demək olar ki, başa çatdırıb. Bülletenlərin 99 faizindən çoxu sayılıb və Georgi Marqvelaşvili 62,12% səs toplayaraq qalib gəlib. David Bakradze 21,72%, Nino Burcanadze isə 10,18% səs alıblar.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR