APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in İnformasiya-Analitik Departamentinin nümayəndəsi Kaxa Kemoklidze bildirib.
Xatırladaq ki, sentyabrın 17-də Cənubi Osetiya ilə təmas xəttində yerləşən Ditsi kəndində yerli sakinlərlə təmas xəttində demarkasiya işləri həyata keçirən Rusiya hərbçiləri arasında insident yaşanıb. Qeyd edək ki, Rusiya hərbçiləri tərəfindən aparılan sərhədçəkmə işləri nəticəsində yerli sakinlərin bir neçə evi və kənd qəbiristanlığı tikanlı məftillərlə ayrılaraq işğal altında olan əraziyə birləşdirilib.
“Cənubi Osetiya ilə təmas xəttində yerli sakinlərin təhlükəsizliyini maksimal təmin etmək üçün patrul dəstələrinin sayı artırıla bilər. Bundan başqa, sözsüz, qeyd etmək lazımdır ki, bu gün mübarizə xətti diplomatiya üzərindən keçir. Mən əminəm ki, DİN, XİN və Reinteqrasiya Nazirliyi bu istiqamətdə fəal işləri davam etdirəcəklər. Bütün Qərb tərəfdaşlarımız baş verənlərdən məlumatlı olmalıdır”, deyə Kemoklidze bildirib.
O qeyd edib ki, hazırda Ditsi kəndində gərginlik yoxdur.