Bakı. Anaxanım Hidayətova – APA. Gürcüstan 2014-cü ilin payızına qədər Avropa Birliyi ilə assosiasiya sazişi imzalayacaq. APA-nın xəbərinə görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini David Zalkaliani deyib. O bildirib ki, azad ticarət də daxil olmaqla, müvafiq saziş Vilnüs sammitində paraflanacaq.
D. Zalkaliani Ukrayna nümunəsini də xatırladaraq qeyd edib ki, bu ölkə AB ilə assosiasiya sazişini parafladıqdan sonra artıq iki ildir sənədə imza atılmayıb: “Gürcüstanla AB arasındakı sazişin paraflandıqdan bir neçə ay sonra imzalanmasının planlaşdırılması “Şərq tərəfdaşlığı” ölkələrinin, o cümlədən Gürcüstanın AB üçün nə qədər önəmli olduğunu göstərir”.