Gürcüstan ombudsmanı Nino Lomcariya ölkədəki milli azlıqlara dövlət dilinin tədrisi üzrə proqramları effektiv hesab etmir.
APA-nın yerli bürosunun məlumatına əsasən, xalq müdafiəçisi bu barədə Gürcüstan parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsində keçirilmiş dinləmələrdə bildirib.
N.Lomcariya deyib ki, mövcud proqramlar etnik azlıqların inteqrasiyasının qarşısını alan çağırışlara cavab verə bilmir: “Dövlət dilini bilmək inteqrasiyanın və məşğulluğun əsas komponentlərindən biridir. Dövlət Konstitusiya ilə müəyyən olunmuş hüquqları təmin etməyə borcludur”.