Bank Of Baku

Gürcüstan və Türkiyə baş nazirləri regional nəqliyyat layihələri müzakirə ediblər

Gürcüstan və Türkiyə baş nazirləri regional nəqliyyat layihələri müzakirə ediblər
# 17 fevral 2018 16:03 (UTC +04:00)

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində türkiyəli həmkarı Binəli Yıldırımla görüşüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, görüşdə ikitərəfli ticari-iqtisadi münasibətlərin müsbət dinamikası müzakirə olunub.

 

Tərəflər regional enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlığa da toxunublar. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb.

 

Baş nazirlər həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Görüşdə qeyd olunub ki, G. Kvirikaşvili bu ilin birinci yarısında Türkiyədə keçiriləcək Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının görüşündə iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR