Bank Of Baku

Gürcüstanda 157 məhbus əfv olunub

Gürcüstanda 157 məhbus əfv olunub
# 02 mart 2017 14:10 (UTC +04:00)

Gürcüstan prezidenti Georgi Marqvelaşvili tərəfindən 157 məhbus əfv olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə xüsusi brifinq keçirən Gürcüstan prezidenti yanında Əfv Komissiyasının sədri Zviad Koridze açıqlama verib. O bildirib ki, fevralın 16-21-də prezidentə əfv ərizəsi ilə müraciət edən 890 məhbusun işinə baxılıb. Sonda prezident G. Marqvelaşvili 157 məhbusu əfv edib.

 

Əfv olunanlardan 93-ü azadlığa çıxıb, 64 məhbusun cəza müddəti azaldılıb. Əfv olunanların içində 6 nəfər qadın var. 


Məlumata görə, əfvə düşənlərin içərisində azərbaycanlı məhbuslar da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR