Bank Of Baku

Gürcüstanda azərbaycanlıya məxsus avtomobil yanıb

Gürcüstanda azərbaycanlıya məxsus avtomobil yanıb
# 01 fevral 2017 09:30 (UTC +04:00)

Gürcüstanın Marneuli şəhərində avtomobil yanıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

 

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğını söndürə bilməyib və nəticədə avtomobil tamamilə yanıb.

 

Yanğın nəticəsində xəsarət alan olmayıb.

 

Qəflətən alışan BMW markalı avtomobil Marneuli Uşaq Bağçaları İdarəsinin mühasibi Vidadi Abbasova məxsus olub.

 

Yanğının baş vermə səbəbləri araşdırılır. Ehtimala görə, yanğına səbəb avtomobilin elektrik sistemində yaranan nasazlıq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR