Bank Of Baku

Gürcüstanda daha bir yaşayış məntəqəsinə təbii qaz verilib - FOTO

Gürcüstanda daha bir yaşayış məntəqəsinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 26 mart 2014 14:51 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın Xaşuri rayonunun Surami qəsəbəsinə təbii qaz verilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın energetika naziri Kaxa Kaladze, “SOCAR Georgia Gas Ltd” şirkətinin rəhbəri  Azər Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

 

Qəsəbədə 900 abonentə təbii qaz verilib. Nazir Kaxa Kaladze qəsəbə sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. 

K. Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin sentyabr ayına kimi bölgədə abonent sayı 1500-ə çatdırılacaq.

 

Nazir Gürcüstanın ayrı-ayrı bölgələrinin qazlaşdırılmasında və iqtisadiyyatının inkişaf etdirilməsində köməyinə görə ARDNŞ-in Gürcüstan nümayəndəliyinə təşəkkürünü bildirib, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR