Bank Of Baku

Gürcüstanda matəm elan olunub

Gürcüstanda matəm elan olunub
# 06 iyun 2013 23:14 (UTC +04:00)

 Bakı-APA. Gürcüstan prezidentinin qərarına əsasən,  Əfqanıstanda terror aktı nəticəsində 6 gürcü hərbçinin ölümü ilə əlaqədar, 7 iyun respublikada matəm günü elan olunub.

 

APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə,  Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəyə və həlak olanların ailələrinə başsağlığı verib.

 

Matəmlə əlaqədar iyunun 7-də ölkədə dövlət bayraqlarının hamısı aşağı endiriləcək.  

 

Xatırladaq ki, iyunun 6-da Əfqanıstanın Hilmənd əyalətində terrorçu-kamikadze gürcü hərbi kontingentinin bazasında partladıcı quraşdırılmış yük maşınını işə salıb. Nəticədə  6 hərbçi həlak olub, 9 əsgər yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR