Bank Of Baku

Gürcüstanda Azərbaycan vətəndaşı 85 min dollarla saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı 85 min dollarla saxlanılıb
# 14 may 2015 13:36 (UTC +04:00)

Bakı – APA. Gürcüstanın Rustavi şəhərində 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

 

APA-nın Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şota M. tərkibində 440 qramdan çox heroin olan narkotik vasitələri satmaqda ittiham olunur.

 

Baxış zamanı polislər Azərbaycan vətəndaşının idman çantasından 85 min dollar aşkarlayıblar. Pulun narkotikin satışından əldə etdiyi bildirilir.

 

Faktla bağlı cinayət işi qaldırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR